20 Aprel 2025
İşıqforda dayanan avtomobillərə çırpıldı - ÖLƏN VAR + FOTOLAR

İşıqforda dayanan avtomobillərə çırpıldı - ÖLƏN VAR + FOTOLAR

İşıqforda dayanan avtomobillərə çırpıldı - ÖLƏN VAR + FOTOLAR

30 Sentyabr 2024 13:44 | Baxış sayı: 385

Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb.


AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.


Hadisə şahidlərinin dediyinə görə, “Ford Fusion” markalı avtomobil yüksək sürətlə gələrkən işıqforun qırmızı işığında dayanan iki “Chevrolet” markalı nəqliyyat vasitəsinə, daha sonra “Greatval” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Ford” bordürə dəyərək əks istiqmatə keçib.


Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. “Ford” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.


Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə bağlı avtotexniki ekspertiza təyin edib.


Qeyd edək ki, bir neçə gündür 8 Noyabr prospekti təmir edilərək istifadəyə verilsə də, burada xətlənmə işləri başa çatdırılmayıb və digər təhlükəsizlik tədbirləri görülməyib.

isiqforda-dayanan-avtomobillere-cirpildi