19 Aprel 2025
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!

İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!

İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!

21 Avqust 2024 13:23 | Baxış sayı: 361

Avqustun 21-də 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AJMEDİA.İNFO-ya bildirilib ki, test imtahanı mərhələsində keçid balını toplamış namizədlər avqustun 25-dək “portal.edu.az” vasitəsilə 8 vakant yer seçə bilərlər. Test imtahanı nəticəsində ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.

Müsahibələrin Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə sentyabrın 15-dək aparılacaq.