20 Aprel 2025
İsa Qəmbər heç kimin gözləmədiyi addımı atdı – SEÇKİ QƏRARI

İsa Qəmbər heç kimin gözləmədiyi addımı atdı – SEÇKİ QƏRARI

İsa Qəmbər heç kimin gözləmədiyi addımı atdı – SEÇKİ QƏRARI

17 İyul 2024 12:30 | Baxış sayı: 412

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.


AJMEDİA.İNFO SAVASH.ORG-a istinadən bildirir ki, bu barədə İsa Qəmbər özü məlumat verib.


“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, – deyə o bildirib.


Xatırladaq ki, siyasi kluarlarda İsa Qəmbərin deputat mandatı qarşılığında hakimiyyətlə anlaşdığı haqda söhbətlər dolaşırdı.