20 Aprel 2025
İş saatı nə qədər qısaldılacaq?

İş saatı nə qədər qısaldılacaq?

İş saatı nə qədər qısaldılacaq?

18 Mart 2025 15:30 | Baxış sayı: 250

Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.


AJMEDİA.İNFO xəbər verir ki, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.


Əmək Məcəlləsinin 108-ci maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti tənzimləyir.


Həmin maddəyə əsasən, Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.(metbuat.az)