SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİş adamı faciəvi şəkildə öldü - FOTO
06 Fevral 2025 11:45 | Baxış sayı: 390
İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.