20 Aprel 2025
İş adamı ağacdan asılı vəziyyətdə tapıldı - FOTO/VİDEO

İş adamı ağacdan asılı vəziyyətdə tapıldı - FOTO/VİDEO

İş adamı ağacdan asılı vəziyyətdə tapıldı - FOTO/VİDEO

17 İyul 2024 12:51 | Baxış sayı: 471

Türkiyənin Malatya şəhərində Battalqazi bölgəsində iş adamlarından biri ipdən asılı vəziyyətdə tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə səhər saat 05 radələrində yaşanıb.

İş adamının cansız bədənini ilk növbədə yoldan keçən yerli sakinlər görüb.

Daha sonra onlar bu barədə polisə məlumat veriblər və hadisə yerinə təcili yardım çağırılıb.

Tibb işçiləri ilkin müdaxilə zamanı şəxsin artıq vəfat etdiyini bildiriblər. Onun 45 yaşlı Mehmet Köse olduğu müəyyən edilib.

Mərhumun ölüm səbəbini bilmək üçün tibbi ekspertizaya göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıbı.Hazırda istintaq aparılır. (baku.ws)