SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİrəvandan "yeraz"lara "bozqurd salamı" göndərən bloger: "Təhdid olunuram" + VİDEO
27 Mart 2025 11:48 | Baxış sayı: 338
Son günlər Azərbaycanda və Ermənistanda hər kəs İrəvanın mərkəzindən video çəkib paylaşan gənc türk blogerindən danışır.
AJMEDİA.İNFO xəbər verir ki, bu bloger Azərbaycanda müəllim işləyən türkiyəli Ogün Özdəmirdir.
Ogün Özdemir paylaşdığı videoda bildirib ki, İrəvandan bütün türk dünyasının Novruz Bayramını təbrik edir. O, qeyd edib ki, Azərbaycanın qədim torpağından azərbaycanlılara, xüsusən də "yeraz"lara (əslən Qərbi Azərbaycandan olan insanlar nəzərdə tutulur - red.) salam deyir.
Türkiyəli bloger Azərbaycanda qayıtdıqdan sonra səfəri ilə bağlı açıqlama verib. O, Ermənistana Gürcüstan sərhəddindən keçdiyini bildirib. Özdəmir deyib ki, İrəvana keçərkən erməni sərhədçiləri onun türk pasportunu görüb təəccübləniblər. Bundan sonra iki saat davam edən sorğu-sual başlayıb. Ermənilər onun pasportundakı Azərbaycan möhürünü görüb, "düşmən ölkə" ilə əlaqələri, Qarabağa nə üçün səfər etməsi və s. ilə maraqlanıblar.
İrəvanda türkiyəli bloger dağıdılan məscidləri, tarixi saxtalaşdırılmış mədəniyyət abidələrini və səfalər içərisində yaşayan erməniləri gördüyünü söyləyib.
O.Özdəmir onu da qeyd edib ki, çəkib paylaşdığı məlum videodan sonra çoxlu təhdid mesajları alır. O bildirib: "Mən türkəm və bu təhdidlər mənimçün heç nədir".
Azərbaycanda riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Ogün Özdemirin İrəvanda çəkdiyi videonu təqdim edirik.