20 Aprel 2025
İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib

20 İyun 2023 04:08 | Baxış sayı: 668

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" antiterror əməliyyatı zonasında məhv ediliblər.

Türkiyə hərbçiləri həmçinin terrorçulardan 2 ədəd M-16, qumbaralar, 5,56 mm çaplı 180 ədəd patron, RPQ-7 döyüş sursatı, kamera və müxtəlif əşyalar götürüblər.