İvanişvilinin sərvəti açıqlandı
2 saat əvvəlİranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
06 Dekabr 2023 06:53 | Baxış sayı: 628
Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan "Spuntik Armenia"ya bildirib .
"Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda, körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", - Qaleçyan bildirib.
Ola bilər ki, yeni körpü də mövcud körpüyə paralel tikilsin. Eyni zamanda, nazir müavini tələsməməyə və yeni strukturun uzunluğunu, enini, tutumunu və digər parametrlərini müəyyən etməyə kömək edəcək texniki-iqtisadi əsaslandırmanın tamamlanmasını gözləməyə çağırıb.
Şimal-Cənub magistralının ən cənub hissəsinin - İranla həmsərhəd olan Aqarəkdən Qacaran şəhərinə (32 km) qədər olan hissəsinin tikintisinə gəlincə, Qaleçyan qeyd edib ki, böyük ehtimalla, işlərin aktiv mərhələsi 2024-cü ilin fevralında başlayacaq.
"Şirkət böyük miqdarda texnikanı səfərbər etməli və düşərgə qurmalıdır. İlkin qiymətləndirməmizə görə, fiziki işlərə 2024-cü ilin fevralından gec olmayaraq başlanacaq. Biz İran şirkətinin iş planını gözləyirik", - Qaleçyan bildirib.