20 Aprel 2025
İranın yüksək səviyyəli hərbi heyəti Rusiyaya səfər edib

İranın yüksək səviyyəli hərbi heyəti Rusiyaya səfər edib

İranın yüksək səviyyəli hərbi heyəti Rusiyaya səfər edib

11 Avqust 2024 14:20 | Baxış sayı: 477

İranın yüksək səviyyəli nümayəndə heyəti “Ordu-2024” 10-cu Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak etmək üçün Rusiyaya səfər edib.
İRNA xəbər verir ki, 2024-cü il avqustun 12-14-də “Ordu-2024” 10-cu Beynəlxalq Hərbi-Texniki Forumun keçirilməsi planlaşdırılır.
İranın yüksək rütbəli nümayəndə heyəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı və tam dəstəyi ilə keçirilən “Ordu 2024” sərgisini ziyarət edəcək. Hərbi tədbirin məqsədi hərbi texnikanın imkanlarını xarici sərgi iştirakçılarına və nümayəndə heyətlərinə nümayiş etdirməkdir.
İran İslam Respublikasının müdafiə sənayesi artıq üçüncü ildir ki, sərgidə fəal iştirak edir. Sərgidə İranın ən son hərbi və müdafiə-sənaye avadanlıqları nümayiş etdiriləcək. İran nümayəndə heyətinə Xatəm əl-Ənbiya bazasının koordinatorunun müavini, briqada generalı Əli Şadmani rəhbərlik edir.
Forum hərbi-sənaye kompleksi çərçivəsində əməkdaşlığa gələcək inteqrasiya üçün şirkət və müəssisələrin öz məhsullarını nümayiş etdirə biləcəyi platforma kimi qiymətləndirilir.