SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİrandan İsrailə xəbərdarlıq: "Nüvə siyasəti nəzərdən keçiriləcək"
21 Oktyabr 2024 14:58 | Baxış sayı: 265
Tehran İsrailin İrana mümkün zərbələrinə daha geniş cavab vermək barədə rəsmi Yerusəlimə xəbərdarlıq edib.
AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə "Tasnim News" xəbər yayıb.
Bildirilib ki, mənbələr İranın "əlinin tətikdə olduğu"nu və İsraili daha böyük sürpriz gözlədiyini bildirib.
"Əgər İsrail İranın hərbi obyektlərinə hücum edərsə, cavab konkret olacaq, hətta sionistlərin təxmin etdiyindən daha yüksək səviyyədə olacaq. Nüvə obyektləri hədəfə alınarsa, Tehran buna cavab olaraq nüvə siyasətini nəzərdən keçirəcək", - deyə mənbədən vurğulanıb.
Qeyd olunub ki, İsrailin hücumlarının təsirləri olarsa, İran cavab tədbirlərinin miqyasını, xarakterini və ya intensivliyini qoruyub saxlamaq öhdəliyi daşımır. ("Azad İran")