SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİranda TERROR aktı törədilib: ölənlər var
14 Avqust 2023 03:56 | Baxış sayı: 575
İranın Şiraz şəhərində terror aktı törədilib.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb. Bir neçə nəfər yaralanıb.
Fars vilayətinin valisi hücumu terror aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, hücumda 5 nəfər ağır yaralanıb.
Xatırladaq ki, ötən oktyabrda da Şahçerağ ziyarətgahına silahlı hücum olmuşdu. (APA)