SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİranda hökumət aksiyası: Azərbaycan təhdid olundu
16 Aprel 2023 15:42 | Baxış sayı: 550
Aprelin 15-də İranda hökumətin təşkil etdiyi aksiyalarda Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.
Bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.
Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb.
Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.
Xomeyni İsrailin məhv olması və Yerusəlimin alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.
Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi aksiyalar sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.