İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİranda GÜCLÜ ZƏLZƏLƏ: Tələfat və dağıntılar...
18 İyun 2024 11:53 | Baxış sayı: 436
İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmer şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.