20 Aprel 2025
İrana qarşı sərt mövqeyi ilə tanınan Katz yenidən İsrail XİN-ə rəhbər təyin olundu

İrana qarşı sərt mövqeyi ilə tanınan Katz yenidən İsrail XİN-ə rəhbər təyin olundu

İrana qarşı sərt mövqeyi ilə tanınan Katz yenidən İsrail XİN-ə rəhbər təyin olundu

01 Yanvar 2024 08:09 | Baxış sayı: 669

İsrail Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, indiyədək nazirliyə rəhbərlik etmiş Eli Koenin yerini indi Energetika Nazirliyinin rəhbəri olan İsrail Katz tutacaq.
“Hökumət bu gün səhər nazir İsrail Katzın yerinə nazir Eli Koenin energetika və infrastruktur naziri təyin edilməsini və nazir Eli Koenin yerinə İsrail Katzın xarici işlər naziri təyin edilməsini təsdiqləyib. Təyinatlar Knessetin (İsrail parlamenti – red.) təsdiqindən asılıdır”, - məlumatda deyilir.
68 yaşlı Katz 1998-ci ildən Likud Partiyasının tərkibində Knessetdə təmsil olunub və əvvəllər müxtəlif nazir vəzifələrində çalışıb. O, həmçinin 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Katz fələstinlilərə və İrana qarşı sərt mövqeyi ilə tanınır.