SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİrana görə matəm elan edən ÖLKƏLƏR - SİYAHI
21 May 2024 07:11 | Baxış sayı: 537
İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.
Mayın 19-da göyərtəsində İran prezidentini İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb.
Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.