İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlİrana daha bir zərbə: “Ən-Nücəba” komandiri öldürüldü
04 Yanvar 2024 15:29 | Baxış sayı: 607
Bağdadın şərqində yerləşən “Əl-Həşd əş-Şaabi” bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində ölənlər “Əl-Həşd əş-Şabi” şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşıdır.
“Əl-Mayadin” isə öz mənbələrinə istinadən “Ən-Nücəba” hərəkatının komandiri və köməkçisinin “Əl-Həşd əş-Şaabi”nin Bağdaddakı qərargahına hava hücumu nəticəsində öldürüldüyünü yazıb.
Hizbullah “Ən-Nücəba” komandirinin ölümünü təsdiqləyib və baş verənlərə görə ABŞ-ı günahlandırıb.