20 Aprel 2025
İran televiziyasının Qəzzadakı ofisi dağıdıldı

İran televiziyasının Qəzzadakı ofisi dağıdıldı

İran televiziyasının Qəzzadakı ofisi dağıdıldı

10 Oktyabr 2023 13:02 | Baxış sayı: 605

İran Radio və Televiziya Şirkətinin ərəbdilli “Əl-Aləm” kanalının Qəzzanın Rəmal bölgəsindəki ofisi İsrail qırıcılarının hücumu nəticəsində dağıdılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İran Radio və Televiziya Şirkətinin İctimaiyyətlə əlaqələr bölməsi xəbəri təsdiqləyib.

Qeyd edək ki, İranın siyasi ideoloji təbliğat vasitələrindən biri olan “Əl-Aləm” şəbəkəsinin mərkəzi ofisi Tehranda yerləşsə də, onun Bağdad, Beyrut və Dəməşqdə də ofisləri fəaliyyət göstərir.