20 Aprel 2025
İran təhlükə ilə üz-üzə - Zəlzələ XƏBƏRDARLIĞI

İran təhlükə ilə üz-üzə - Zəlzələ XƏBƏRDARLIĞI

İran təhlükə ilə üz-üzə - Zəlzələ XƏBƏRDARLIĞI

15 Aprel 2025 14:15 | Baxış sayı: 333

İranlı akademik Feriborz Natiqi paytaxt Tehran və ətraf bölgələrdə ciddi zəlzələ riski barədə xəbərdarlıq edib.


AJMEDİA.İNFO xəbər verir ki, Tehrandakı Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunun müəllimi olan Natiqi İranın bir çox bölgələrinin, xüsusilə Tehranın yüksək zəlzələ riskində olduğunu bildirib.


Natiqi İranın zəlzələlərin intensivliyi və tezliyi baxımından dünyada üçüncü sırada olduğunu vurğulayıb. O, Tehranın aktiv qırılma xəttində yerləşdiyi üçün ciddi dağıdıcı zəlzələlərə məruz qalma ehtimalının yüksək olduğunu qeyd edib və 200 ildən çox bir müddət keçdiyini, sonuncu böyük zəlzələdən sonra artıq bu təbii təhlükəyə qarşı hazırlıq və planlaşdırmanın vacib olduğunu bildirib.


Onun fikrincə, İran üçün ən mühüm təhlükə atom bombası, müharibə və digər mövzular deyil, məhz Tehran zəlzələsidir./Milli.az/