Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib
6 saat əvvəlİran Suriyada terrorçuları belə silahlandırırmış: İsrail ordusu detalları açıqladı
03 Yanvar 2025 08:39 | Baxış sayı: 519
ÇAXAL-ın mətbuat xidməti ordunun 8 sentyabr 2024-cü ildə Suriyanın Həma əyalətinin Masyaf şəhəri ərazisində yüksək dəqiqlikli raketlərin istehsalı üzrə keçirdiyi diversiya əməliyyatının detallarını açıqlayıb.
Bildirilib ki, reydin hədəfi Suriya ərazisinin dərinliklərində İran tərəfindən maliyyələşdirilən və dəstəklənən yeraltı kompleks olub. Bu kompleks İranın İsrailin şimal sərhədindəki terrorçu peyklərini silahlandırmaq səylərində qabaqcıl layihə olub.
Bu kompleksin şiə Hizbullah hərəkatını və İranın digər müttəfiqlərini təchiz etmək və raketlərin yığılması üçün istifadə edildiyi iddia edilir.
Əməliyyat bir neçə ay idi ki, planlaşdırılırdı. İcraçılar qismində “Şaldağ” hərbi xüsusi təyinatlıları təyin edilib və onlara İsrail aviasiyası və donanması dəstək verib.//Musavat.com