20 Aprel 2025
“İran Sovet İttifaqı kimi dağılacaq” – Tanınmış professordan ŞOK PROQNOZ

“İran Sovet İttifaqı kimi dağılacaq” – Tanınmış professordan ŞOK PROQNOZ

“İran Sovet İttifaqı kimi dağılacaq” – Tanınmış professordan ŞOK PROQNOZ

30 Mart 2025 10:00 | Baxış sayı: 473

Tehran Universitetinin təqaüddə olan siyasi elmlər üzrə professoru Əhməd Nəqibzadə “Euronews” saytına müsahibəsində İranın Sovet İttifaqı kimi süqut edəcəyini deyib.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Ekspertin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir.

İranın Sovet modeli ilə dağılmasına dair Nəqibzadənin təhlilinə görə, İslam Respublikasının süqutu açıq şəkildə Sovet İttifaqına bənzəyir.

Professor yaxın gələcəkdə İran rejiminin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb.

“Düşünürəm ki, bir il sonra bu vaxtlar İran ən çıxılmaz vəziyyətdə olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq”, - deyə, o, qeyd edib.//musavat.com