SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA
20 May 2024 11:10 | Baxış sayı: 586
Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb və helikopterdəki bütün siyasi elita həlak olub.
AJMEDİA.İNFO xəbər verir ki, “Bild” jurnalisti Xulian Röpkenin dediyinə görə, İran lideri 45 illik “Bell 212” helikopteri ilə pis hava şəraitində uçub.
Helikopter məcburi eniş zamanı qəzaya uğrayıb və təyyarə ilə əlaqə kəsilib.
“Bild”in müxbiri Xulian Röpkenin sözlərinə görə, belə bir vəziyyətdə köhnə helikopterlə uçuş “intihar” hesab edilə bilər:
"Əgər xəbərlər doğrudursa, yəni Rəisi 45 illik “Bell 212”də VFR olmayan hava şəraitində səyahət edibsə, bu, sadəcə olaraq intihardır".
Qeyd edək ki, “Bell 212” ABŞ istehsalı olan helikopterdir. (Sfera.az)