İran parlamentində hicabla bağlı qanun layihəsi səsvermədən keçməyib
13 İyun 2023 16:45 | Baxış sayı: 501
İran parlamentində hicabla bağlı qanun layihəsi səsvermədən keçməyib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, deputatlar hicabla bağlı qanun layihəsinin iki məsələsinə parlamentin açıq iclasında səs verməyib. 185 deputat qanun layihəsinin fövqəladə əsaslarla baxılmasının lehinə səs verib.
Vurğulanıb ki, qanun layihəsi parlamentin növbəti iclasının gündəliyinə daxil ediləcək.
Qeyd edək ki, İran parlamentinin 290 üzvü var.