SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİran Pakistan ərazisinə ballistik raket zərbəsi endirdi – SON DƏQİQƏ
17 Yanvar 2024 05:42 | Baxış sayı: 562
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda zərbənin "Ceyş-i-Zalum" (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirildiyi bildirilir.
SEPAH-ın məlumatına görə, qrupun qərargahı ballistik raketlər və pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Üstəlik, bu zərbə İİKK-nın Pakistan ərazisinə ilk hücumu idi.
Mənbə bildirib ki, “İİKK Pakistanın Bəlucistan əyalətindəki Ceyş-i-Zalum terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib”.
Bir gün əvvəl İran İraqın Ərbil vilayətinə də raket və dron zərbələri endirib. Musavat.com