İran istehsalı olan 6 PUA-nı məhv edilib
11 İyun 2023 12:04 | Baxış sayı: 650
Ukraynanın hava hücumundan müdafiə qüvvələri iyunun 11-nə keçən gecə İran istehsalı olan 6 pilotsuz təyyarəni məhv edib.
PUA-lar ölkənin şərqində, "Vostok" hava komandanlığının zonasında vurulub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan İran Moskvaya "Şahed" pilotsuz uçan aparatlarını tədarük edir.