İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİran İsrailin dostlarını təhdid etdi: Ağır qisas gözləyir...
22 Oktyabr 2023 11:10 | Baxış sayı: 698
İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib İsraillə münasibət quran və əlaqələrini normallaşdırmağa çalışan bölgə ölkələrini növbəti dəfə təhdid edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, HƏMAS-ın İsrailə qarşı hücumunu dəstəkləyib və bunun regional və qlobal səviyyədə ciddi strateji dəyişikliklərə səbəb olduğunu deyib:
“Bölgə ölkələrinin İsraillə münasibət qurmaqda məqsədləri Amerikanın məmnunluğunu qazanmaqdır. Amma bunun artıq onlar üçün müsbət nəticəsi və bəhrəsi olmayacaq. HƏMAS-ın əməliyyatından sonra İsrail bir daha sülh və sabitlik üzü görməyəcək. Təl-Əviv və onun himayəçilərini ağır qısas gözləyir”.//Axar.az