SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİqtisadçı: “Xırdalan zibilliklərin simvoludur...” – Video
19 Dekabr 2023 07:00 | Baxış sayı: 593
İqtisadçı Rövşən Ağayev Xırdalan şəhərində yaşadığı ərazidə məişət tullantılarının vaxtında götürülmədiyini bildirir.
AJMEDİA.İNFO xəbər verir ki, o, öz sosial şəbəkə hesabında yığılıb qalmış məişət tullantılarının kadrlarını da yayıb.
“Xırdalan yalnız dar yolların, küçəsizliyin yox, zibilliklərin də simvolu olan şəhərdir.
Videosunu yerləşdirdiyim, zibilin aşıb-daşdığı küçə Xırdalanda yaşadığım ərazidir. Hər həftə bir neçə dəfə belə vəziyyətlə üzləşmək olar. Həm də körpələrin yanından ötüb məktəbə getdiyi, intensiv hərəkət olan bir küçədir.
Bu mənzərə JEK-lərin, onların patronları olan icrakomların nə qədərə lazımsız strukturlar olduğunu göstərir. Yeri gəlmişkən, deyim ki, JEK-lər tullantılara görə illik haqları əvvəlcədən (yanvar ayında), özü də nağd qaydada toplayırlar. Amma aldıqlarının müqabilində vətəndaşa göstərdikləri xidmət budur. Bu həm də gündəlik həyatımızın, bizə
verilən dəyərin rəsmidir. Yəni zibildir deyib ötüb keçməyin”, - iqtisadçı bildirib. Yeniavaz.com