SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“İPhone”ın iki modelində yenilənmə DAYANACAQ
04 Avqust 2023 09:06 | Baxış sayı: 503
Bu ilin sentyabrında “iPhone”nin iki modelində yeniləmə olmayacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı məlumatı İngiltərənin “Daily Mail” qəzetinə mütəxəssislər açıqlayıb.
Mütəxəssislər, “Apple”ın sentyabrda bəzi modellər üçün heç bir proqram təminatını yeniləməyəcəyini açıqlayıb. Bu modellər “iPhone 8” və “iPhone Xs”dir.
Açıqlamada “Apple”ın sentyabrda “iOS 17” adlı yeni proqram yeniləməsindən istifadə edəcəyi, adıçəkilən iki modelin isə bu yeniləməni dəstəkləməyəcəyi bildirilib. İngiltərə mətbuatında yer alan xəbərlərdə “iOS 17” yeniləməsini qəbul edə bilməyən telefonların dəyərinin xeyli düşəcəyi də qeyd olunub.
“iPhone 8” və “iPhone X” 2017-ci ildə satışa çıxarılıb.(Sfera.az)