20 Aprel 2025
İordan çayının qərb sahilinin taleyi necə olacaq? - Tramp tarix açıqladı

İordan çayının qərb sahilinin taleyi necə olacaq? - Tramp tarix açıqladı

İordan çayının qərb sahilinin taleyi necə olacaq? - Tramp tarix açıqladı

05 Fevral 2025 10:47 | Baxış sayı: 416

ABŞ hökuməti İordan çayının qərb sahilinin aqibəti barədə öz mövqeyini növbəti dörd həftə ərzində açıqlamaq niyyətindədir.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

O, Vaşinqtonun bu ərazilərdə İsrailin suverenliyini tanıyıb-tanımayacağına dair sualı cavablandırıb.

"Biz bunu sizin bir çox nümayəndələrinizlə müzakirə edirik. Siz çox yaxşı təmsil olunursunuz və insanlar bu ideyanı bəyənirlər, lakin biz hələ bu barədə heç bir mövqe tutmamışıq. Amma biz növbəti dörd həftə ərzində bu mövzu ilə bağlı bəyanat verəcəyik", - deyə Ağ Ev rəhbəri bəyan edib.