09 Noyabr 2024
İntim videolar çəkən FHN polkovnikinin cəzası AZALDILDI

İntim videolar çəkən FHN polkovnikinin cəzası AZALDILDI

İntim videolar çəkən FHN polkovnikinin cəzası AZALDILDI

30 Oktyabr 2024 13:04 | Baxış sayı: 147

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

Məhkəmə FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

Qərar digər hissələrdə dəyişdirilməyib. Bu qərarla onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir.