20 Aprel 2025
"Instagram"da YENİ FUNKSİYA: İstifadəçilər artıq...

"Instagram"da YENİ FUNKSİYA: İstifadəçilər artıq...

"Instagram"da YENİ FUNKSİYA: İstifadəçilər artıq...

09 Avqust 2024 08:53 | Baxış sayı: 360

Sosial media nəhəngi "Instagram" yeni funksiyasını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, yeni özəllik sayəsində "karusel" adlandırılan sürüşdürmə postlarında artıq 20 şəkil paylaşmaq mümkün olacaq. 2017-ci ildən aktiv olan bu cür postlarda buna qədər maksimum 10 şəkil paylaşmaq olurdu.

"Instagram" yeni özəlliklə "TikTok"la raqəbətdə aradakı boşluğu doldurmuş oldu. Belə ki, "TikTok"da sürüşdürmə postlarında 35-ə qədər paylaşıma icazə verilir.