SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİnsan Hüquqları Mərkəzinin və "Magen David Azərbaycan" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun doğum günüdür
26 Mart 2024 10:39 | Baxış sayı: 860
Bu gün İnsan Hüquqları Mərkəzinin və "Magen David Azərbaycan" Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstovun doğum günüdür.
AJMEDİA.İNFO xəbər verir ki, David Seliverstov Bakı şəhərində anadan olub. Ali təhsilini Uraynanın Xarkov şəhərində "Yaroslav Mudrıy" adına Milli Hüquq Universitetinin, İstintaq və Əməliyyat Fakültəsini bitirib. O, “Soxnut” agentliyinin və “Hilel” ictimai təşkilatının üzvü olub.
Azərbaycan ərazisində yaşayan yəhudi millətindən olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Konstitusiya, digər qanunvericilik və normativ hüquqi aktlarla təsbit edilmiş hüquqlarını təmin etməkdə, multikultural dəyərlərə sadiq, eləcədə əsas din azadlığı hüququ dövlət tərəfindən tam təmin edilən Azərbaycanda bir xeyriyyə cəmiyyəti olaraq Qusar və Quba rayonlarında yaşayan şəhid ailələrinin və veteranlara göstərilən diqqət və qayğılarda müstəsna rolu olan David Seliverstrov cəmiyyətimiz arasında sevilən şəxslərdəndir.
AJMEDİA.İNFO saytının bütün kollektivi adından David Seliverstovun doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ictimai və xeyriyyəçilik yolunda parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!