SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİngiltərədə son illərin ən böyük tətili: Yüz minlərlə müəllim, həkim, dövlət qulluqçusu və metro işçisi işlərini tərk etdi
15 Mart 2023 16:00 | Baxış sayı: 383
Keçən il İngiltərədə müxtəlif sektorlarda başlayan tətil dalğası maaşların inflyasiyadan yuxarı qalxması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı razılığın əldə edilməməsi səbəbindən davam edir.
Bu gün yüz minlərlə müəllim, akademik, dövlət qulluqçusu, həkim və metro işçisi tətilə çıxıb.
Həmkarlar İttifaqları Konfederasiyası təxminən 500 min insanın tətilə qatılacağını açıqlayıb.
Birliyin məlumatına görə, Böyük Britaniyada 10 ildən artıqdır ki, belə miqyasda tətil olmayıb.
Bu gün paytaxt Londonda heç bir metro xidməti yoxdur. Ölkə üzrə əksər məktəblərdə müəllimlər tətil edir.