SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl"İndiki qızlar kişinin puluna baxır, artıq sevgi qalmayıb... " – AÇIQLAMA
10 İyul 2024 08:19 | Baxış sayı: 539
Gökay Kalaycıoğlunun təqdimatı ilə YouTube kanalında yayımlanan "Haber Bəhanə"nin bu həftəki qonağı münasibətlərlə bağlı şərhləri ilə adından söz etdirən mentor və yazar Adil Yıldırım olub.
AJMEDİA.İNFO xəbər verir ki, Adil Yıldırım münasibətlərdə maddiyyatın əhəmiyyətindən bəhs edib.
“İndiki gənclərin əksəriyyəti dəbdəbəli yaşamaq istəyir. Hazırda gənc qızlar kişinin peşəsinə yox, pulunun olub-olmamasına baxır. Pulun mənbəyi önəmli deyil. Nəsillər arasında dəyişiklik çox kəskindir. Hal-hazırda sevginin 80 faizi pul, 20 faizi isə seksuallıqdır. Artıq sevgi və bağlılıq qalmayıb. Münasibətlərdə güclü eqoizm var. Məsələ tamamilə maliyyə ilə bağlıdır”.
Adil Yıldırım qeyd edib ki, artıq qadınlar kimi kişilər də zəngin sevgili axtarışındadırlar:
“Əvvəllər varlanmaq üçün iş, zəhmət və zəka lazım idi. Amma indi dövr dəyişir. Hamı asan üsulla varlanmağın yollarını axtarır”.(Sfera.az)