SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİlqar Bayramlıya VƏZİFƏ VERİLDİ - FOTO
22 Aprel 2024 06:44 | Baxış sayı: 503
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib.
AJMEDİA.İNFO “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.