SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“İlk dəfədir ki, bir mollanın ölümünü…” – Jurnalist Hacı Şahinin məzarındakı izdihamı TƏNQİD ETDİ
06 Mart 2023 09:53 | Baxış sayı: 811
“Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir? Bunu təşkil edən kimdir? İlk dəfədir ki, bir mollanın ölümünü siyasiləşdirirlər və yeni şiəçilik hərəkatına təkan verirlər”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb.
“Bu prosesin arxasında daxili qüvvə dayanır və ya xarici? Və məqsəd nədir? Sekulyar dövlətin nümayəndələri bu prosesi niyə susqunluqla qarşılayır? Qonşu İranda teokratiya qarşı gedən mübarizə və Cənubi Azərbaycanda millətçiliyin intibahı fonunda Bakıda siyasi şiəçiliyin baş qaldırması bir çox suallar doğurur. Hələlik bu suallara cavab yoxdur…”, – E.Fətullayev qeyd edib.