SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİlhamə Elşadqızı saxlanıldı - FOTO
24 Dekabr 2024 13:30 | Baxış sayı: 551
Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, bu tədbilər çərçivəsində şair İlhamə Elşadqızı saxlanılıb.
Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.
Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı Tiktok səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.