20 Aprel 2025
İlham Əliyevin tapşırığı ilə dövlət nümayəndələri Qazaxıstana YOLA DÜŞDÜLƏR

İlham Əliyevin tapşırığı ilə dövlət nümayəndələri Qazaxıstana YOLA DÜŞDÜLƏR

İlham Əliyevin tapşırığı ilə dövlət nümayəndələri Qazaxıstana YOLA DÜŞDÜLƏR

25 Dekabr 2024 12:37 | Baxış sayı: 325

Baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.

AJMEDİA.İNFO-nun məlumatına görə, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə dövlət başçısının tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətininBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.