SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
5 saat əvvəlİlham Əliyevdən bu telekanalla bağlı SƏRƏNCAM
09 Fevral 2023 12:36 | Baxış sayı: 613
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.