20 Aprel 2025
İlham Əliyevdən 4,5 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 4,5 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 4,5 milyon manatlıq SƏRƏNCAM

29 Noyabr 2023 10:40 | Baxış sayı: 636

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.