İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
11 dəqiqə əvvəlİlham Əliyev Serbiyaya işgüzar səfərə gedib - FOTOLAR
10 Dekabr 2023 11:27 | Baxış sayı: 576
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib.
AJMEDİA.İNFO xəbər verir ki, Niş şəhərinin "Konstantin Veliki" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar.