SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİlham Əliyev onları ali hərbi rütbələrdən MƏHRUM ETDİ - ADLAR
24 İyul 2023 10:40 | Baxış sayı: 666
Prezident İlham Əliyev M.M.Şixəliyevin, S.Y.Ələkbərovun və Y.S.Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:
1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.
2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:
2.1. Sahib Yunus oğlu Ələkbərov;
2.2. Yasin Seyfulla oğlu Məmmədov.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.