SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİlham Əliyev İsrail Prezidentini TƏBRİK ETDİ
14 Sentyabr 2023 10:55 | Baxış sayı: 755
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
İnsanlara yeni ruh gətirən, gələcəyə dair yeni ümidlər bəxş edən bu nurlu bayramın Sizə və ailənizə, dost xalqınıza və ölkənizə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.
Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".