SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİlham Əliyev bu rayona yeni icra başçısı TƏYİN ETDİ - FOTO
16 İyul 2024 11:42 | Baxış sayı: 395
Oğuz rayonunun icra başçısı dəyişdirilib.
AJMEDİA.İNFO xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.