SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİlham Əliyev bu qanunu DƏYİŞDİRDİ
15 Yanvar 2024 13:19 | Baxış sayı: 474
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
AJMEDİA.İNFO xəbər verir ki, yenilənmiş qanuna əsasən, bu ildən tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi qoşulma xidmətinə görə ödəniş edəcək, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərini enerji təchizatı müəssisəsi həyata keçirəcək.
İndiyə qədər tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) tikinti obyektləri elektrik şəbəkəsinə qoşularkən ödəniş edilirdi.