İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlİlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətinin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib
18 Fevral 2023 05:32 | Baxış sayı: 458
Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin tezliklə fəaliyyətə başlamasının əlaqələrimizin inkişafına daha böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycanın dövlət başçısı bu barədə fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşündə deyib.
Dövlətimizin başçısı Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını, müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.
Musavat.com