20 Aprel 2025
İlahiyyatçı Hacı Şahin VƏFAT ETDİ - Ölüm səbəbi AÇIQLANDI

İlahiyyatçı Hacı Şahin VƏFAT ETDİ - Ölüm səbəbi AÇIQLANDI

İlahiyyatçı Hacı Şahin VƏFAT ETDİ - Ölüm səbəbi AÇIQLANDI

02 Mart 2023 06:39 | Baxış sayı: 545

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. İlahiyyatçının ürəktutmadan vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

Allah rəhmət eləsin!