SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİki yüksəkvəzifəli şəxs İSTEFA VERDİ - FOTO
01 Oktyabr 2024 13:16 | Baxış sayı: 402
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib.
AJMEDİA.İNFO Modern.az-a istinadən xəbər verir ki, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov vəzifəsindən azad olunub.
Agentlikdən məlumat sayta təsdiq edilib. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.
Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin edilib.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin edilib.