20 Aprel 2025
İki nüvə dövləti savaşır, buna son qoyulmalıdır - Rubio

İki nüvə dövləti savaşır, buna son qoyulmalıdır - Rubio

İki nüvə dövləti savaşır, buna son qoyulmalıdır - Rubio

06 Mart 2025 12:55 | Baxış sayı: 442

Ukraynadakı münaqişə iki nüvə dövləti - ABŞ və Rusiya arasında proksi müharibəsidir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a deyib.

O, dalana dirənmiş Ukrayna münaqişəsinə son qoymağın tərəfdarı olduğunu bildirib.

“Tramp bunu çox uzanan və dalana dirənmiş münaqişə kimi görür və açığını desəm, bu, Ukraynaya kömək edən nüvə gücləri, ABŞ və Rusiya arasında proksi müharibədir. Dalana dirənmiş münaqişəyə son qoyulmalıdır”, - Rubio qeyd edib.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları keçirilib. Tərəflər əməkdaşlığın bərpası üçün şərait yaratmaq, səfirliklərin işinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və Ukraynada vəziyyətin həlli prosesinə başlamaq barədə razılığa gəliblər.