SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİkardinin həyat yoldaşı barədə ŞOK İDDİA - 2006-da Maradona ilə…
31 Oktyabr 2024 15:03 | Baxış sayı: 238
Argentina mediasında bomba effekti yaradan iddia ortaya atılıb.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin məşhur teleaparıcısı Mirta Leqran 2006-cı ildə Dieqo Maradona ilə Mauro İkardinin həyat yoldaşı Vanda Nara arasında bir gecəlik münasibət olduğunu gündəmə gətirib.
Leqrand hadisənin Buenos Ayresdən 250 mil uzaqlıqdakı bir oteldə baş verdiyini deyib və yaşananların həmin gecə qonşu otaqda eşitdiyini iddia edib.
Bildirilib ki, Vanda bundan sonra Maksi Lopezlə evlənib. Ardınca isə ondan boşanaraq İkardi ilə ailə həyatı qurub. Bu iddialar Argentina mətbuatında geniş işıqlandırılsa da, hələlik tərəflərdən heç bir açıqlama verilməyib.(baku.ws)